Azərbaycan Türkiyədən tekstil məhsulu idxalına çəkdiyi xərci 12 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 41,92 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 % çoxdur.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 4,811 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,8 % çoxdur.

10 ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,2 % azalaraq 8 milyard ABŞ dolları, oktyabr ayında isə 1,2 % artaraq 0,841 milyard ABŞ dolları olub.

Digər xəbərlər