Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 91,753 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 % azdır.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 8,823 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 0,2 % azdır.
Türkiyənin 11 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 8,9 % artaraq 14 milyard 720 milyon ABŞ dollarına, noyabrda isə 8,5 % artaraq 1 milyard 262 milyon ABŞ dollarına çatıb.