Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci oktyabrda kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 12,066 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % çoxdur.

Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 1,785 milyon ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,6 dəfə çoxdur.

Hesabat dövründə Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,9 % artaraq 4,991 milyard ABŞ dollarına, avqustda isə 13,8 % artaraq 567 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər