Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 6,699 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % azdır.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 1,745 milyon dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 125,6 % və ya 2,3 dəfə çoxdur.

Hesabat dövründə Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,2 % artaraq 3,413 milyard ABŞ dollarına, iyulda isə 23,2 % artaraq 570 milyon ABŞ dollarına çatıb.

Digər xəbərlər