Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 13,064 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 % çoxdur.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 997 min ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 28,8 % çoxdur.
Hesabat dövründə Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,6 % artaraq 5,477 milyard ABŞ dollarına, noyabrda isə 1,2 % artaraq 487 milyon ABŞ dollarına çatıb.