Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 4,837 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.
Təkcə mayda isə Türkiyə Azərbaycana 0,811 milyon ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 42,1 % azdır.
Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri 5 ayda illik müqayisədə 1,3 % azalaraq 2,376 milyard ABŞ dollarına, mayda isə 2,3 % azalaraq 533 milyon ABŞ dollarına düşüb.