Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 53,53 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 % azdır.
Təkcə mayda Türkiyə Azərbaycana 14,2 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,4 % çoxdur.
Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,7 % azalaraq 3 milyard 257 milyon ABŞ dollarına, mayda isə 1,5 % artaraq 740 milyon ABŞ dollarına çatıb.