Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 82,028 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 % azdır.
Təkcə iyulda isə Türkiyə Azərbaycana 15,109 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 13,7 % çoxdur.
Hesabat dövründə Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,8 % azalaraq 4 milyard 504 milyon ABŞ dollarına, iyulda isə 16,6 % artaraq 707 milyon ABŞ dollarına çatıb.