Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 123,482 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,6 % çoxdur.
Təkcə martda isə Türkiyə Azərbaycana 46,823 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da illik müqayisədə 25,4 % çoxdur.
I rübdə Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri 1 il əvvələ nisbətən 2,2 % azalaraq 7,422 milyard ABŞ dolları, təkcə mart ayında isə bu məhsulların ixracının dəyəri 4,9 % azalaraq 2,871 milyard ABŞ dollarına düşüb.