Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 4,989 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,4 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 1,093 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 36,8 % azdır.
4 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,3 % azalaraq 502,46 milyon ABŞ dollarına, aprel ayında isə 2,3 % azalaraq 102,962 milyon ABŞ dollarına düşüb.