Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 26,07 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 6,454 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,1 % çoxdur.
Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % artaraq 12 milyard 635 milyon ABŞ dollarına, apreldə isə 14,8 % artaraq 3,146 milyard ABŞ dollarına çatıb.