Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 46 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 42,671 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,3 % azdır.

Təkcə mayda isə Türkiyə Azərbaycana 10,016 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da illik müqayisədə 0,1 % çoxdur.

5 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 14,8 % artaraq 14,332 milyard ABŞ dollarına, may ayında isə 32 % artaraq 3,03 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər