Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 38 % azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 25,611 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,6 % azdır.

Təkcə martda isə Türkiyə Azərbaycana 8,952 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da illik müqayisədə 48,9 % azdır.

I rübdə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 15,8 % artaraq 8,619 milyard ABŞ dollarına, mart ayında isə 22,8 % artaraq 3,29 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər