Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 29 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 16,714 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsullarını idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 % azdır.

Təkcə bu ilin fevral ayında Türkiyə Azərbaycana 8,936 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 10,4 % azdır.

Bu ilin ilk 2 ayında Türkiyə ümumiyyətlə 5,347 milyard ABŞ dolları dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da illik müqayisədə 12,2 % çoxdur. Fevral ayında isə bu göstərici 3,7 % azalaraq 2,632 milyard ABŞ dolları olub.

Digər xəbərlər