Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 76,079 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 8,373 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20 % azdır.
Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % artaraq 30 milyard 511 milyon ABŞ dollarına, oktyabrda isə 16,4 % artaraq 3,582 milyard ABŞ dollarına çatıb.