Azərbaycan Rusiyadan minik avtomobillərinin ixracı üzrə üçüncü yerdədir

Bakı. 30 may. REPORT.AZ/ Bu ilin birinci rübünün statistik göstəricilərinə əsasən, Azərbaycan Rusiyadan avtomobil ixracının əsas istiqaməti üzrə üçüncü yerdə qərarlaşıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Avtostat" Analitik Agentliyinin məlumatında bildirilir.

İxracın əsas istiqamətləri üzrə lider Latviyadır - göstərilən dövrdə Rusiya minik avtomobilləri ixracının beşdə bir hissəsi (912 ədəd) bu ölkənin payına düşür. Reytinqin ikinci sırasında Ukrayna (881 ədəd) qərarlaşıb, üçlüyü Azərbaycan (593 ədəd) tamamlayır.

Digər xəbərlər

PMD Group yenidən təşkil olunur 20 noyabr, 2026 / 15:50