Bu ilin yanvar-aprel aylarında Azərbaycana 24 milyon ABŞ dolları dəyərində 27 min 23 ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 21,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 24 min 118 ton (+79 %), Çindən 932 min ABŞ dolları dəyərində (+4 232 dəfə) 1 min 118 ton (+13 962 dəfə), Pakistandan 793 min ABŞ dolları dəyərində (+3 dəfə) 890,4 ton (+2,8 dəfə), Qazaxıstandan 321,5 min ABŞ dolları dəyərində (-62 %) 425,4 ton (-74 %), Tailanddan 293,4 min ABŞ dolları dəyərində (-62 %) 402 ton (-60,5 %) düyü gətirib.
İki il 9 aylıq fasilənin ardından Azərbaycan Myanmadan (1,7 min ABŞ dolları dəyərində 0,9 ton) düyü tədarükünü bərpa edib.
2022-ci il ərzində Azərbaycana (22 ölkədən) idxal edilmiş 50 min 236 ton düyünün 74,8 %-i Hindistanın payına düşüb.