Bu ilin yanvar ayında Azərbaycan 33,4 min ton meyvə-tərəvəz idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 18,9 milyon ABŞ dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilmiş meyvə-tərəvəzin həcmi 8,7 min ton (20,6 % ), dəyəri isə 3,6 milyon ABŞ dollar (16 %) azalıb.