Ötən il Azərbaycan 25,47 milyon ABŞ dolları dəyərində 31 min 322 ton polivinilxlorid (PVC) idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 4 % azdır, kəmiyyət olaraq – 5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 18,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 24 min 934 ton (+51 %), İrandan 3,37 milyon ABŞ dolları dəyərində (-23 %) 3 min 748 ton (-16 %), Türkiyədən 1,57 milyon ABŞ dolları dəyərində (+31 %) 1 min 247 ton (+34 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1 milyon ABŞ dolları dəyərində (-85 %) 991,4 ton (-87 %), Çindən 236 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 194 ton (+3,2 dəfə) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvadan tədarük (48,3 min ABŞ dolları dəyərində 20,37 ton) həyata keçirilib.