2024-cü ildə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 1 189 ton qreypfrut idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 652 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 814 ton (+19 %), Cənubi Afrikadan (CAR) 419 min ABŞ dolları dəyərində (-1 %) 349 ton (-0,2 %), Çindən 29,8 min ABŞ dolları dəyərində (+43 %) 19,6 ton (+48 %), Tailanddan 14,7 min ABŞ dolları dəyərində (+43 %) 5 ton (+38 %) və İsraildən 1,5 min ABŞ dolları dəyərində 1,2 ton (6 il 5 aydan sonra tədarük bərpa edilib) məhsul gətirib.
2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 1,1 min ton qreypfrutun 64,6 %-i Türkiyənin, 32,8 %-i CAR-ın payına düşüb.