Ötən il Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 25 626 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 7 %, kəmiyyət olaraq – 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan Polşaya 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 2 196 ədəd (+2,6 dəfə), Gürcüstana 874 min ABŞ dolları dəyərində (+46 %) 9 222 ədəd (+65 %), Amerika Birləşmiş Ştatlarına 513 min ABŞ dolları dəyərində (-20 %) 8 463 ədəd (-17 %), Rusiyaya 310 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 2 292 ədəd (+4 dəfə), Qazaxıstana 240 min ABŞ dolları dəyərində (-17 %) 866 ədəd (-51 %) mebel satıb.
Azərbaycan 6 il 8 ayın tamamında Banqladeşə (1,6 min ABŞ dolları dəyərində 3 ədəd) və 1 il 10 aylıq aradan sonra Hindistana (7,1 min ABŞ dolları dəyərində 22 ədəd) tədarükü bərpa edib.