Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 1,35 milyon ABŞ dolları dəyərində 633,77 ton şabalıd (qabıqlı və qabığı təmizlənmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə artıb.
Hesabat dövründə Çindən 1,17 milyon ABŞ dolları dəyərində 536,1 ton, Gürcüstandan 129,13 min ABŞ dolları dəyərində 75,01 ton, Türkiyədən 47,01 min ABŞ dolları dəyərində 22,71 ton məhsul gətirilib.
2021-ci ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə Çindən tədaruk müvafiq olaraq 2,6 dəfə və 2,8 dəfə artıb, Gürcüstandan – 38,7 % və 34,2 % artıb. Bir il əvvəl Türkiyədən şabalıd idxal edilməyib.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (3 ölkə) aldığı 946 ton şabalıdın 53 %-i Gürcüstanın, 33 %-i Çinin, 14 %-i Türkiyənin payına düşüb.