Azərbaycan əsas tədarük bazarından pambıq toxumu idxalını 8 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 2,66 milyon ABŞ dolları dəyərində 986,5 ton pambıq toxumu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 7,2 dəfə, kəmiyyət olaraq – 7,5 dəfə artıb.

Hesabat dövründə ölkəmizə pambıq toxumu ancaq Türkiyədən gətirilib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana 3 ölkədən (Türkiyə, Pakistan və Yunanıstan) gətirilən 2 min 268 ton pambıq toxumunun 99,9 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər