Bu ilin yanvar-aprel aylarında Azərbaycan 213,736 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 0,497 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 10,2 % çoxdur.
Bu ilin ilk rübü ərzində əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxalında payı 5,29 % təşkil edib, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin cüzi hissəsini təşkil edib.