Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 165,5 min ABŞ dolları dəyərində 12 ton hil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 54 % azdır.
Hesabat dövründə Azərbaycan Qvatemaladan 103,99 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 6,71 ton (-35 %), Hindistandan 61,41 min ABŞ dolları dəyərində (-74 %) 5,3 ton (-66 %), İtaliyadan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton və Türkiyədən 0,02 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyadan tədarük həyata keçirilib.