2023-cü ildə Azərbaycan 13 min 675 ton çay idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 70 milyon 556 min ABŞ dolları olub.
Bunlar, 2022-ci illə müqayisədə həcm baxımından 731 min ton (5%), dəyər baxımından 4 milyon 913 min ABŞ dolları (6,5%) azdır.
Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,4 %-ini təşkil edib.
Bundan başqa, ötən il Azərbaycan 731 ton çay ixrac edilib. Bu, həcmdə çayın dəyəri 6 milyon 605 min ABŞ dolları olub.
Bunıar, 2022-ci ilə müqayisədə həcm baxımından 1 048 ton (2,4 dəfə), dəyər baxımından isə 4 milyon 911 min ABŞ dolları (1,7 dəfə) azdır.
İl ərzində çay ixracı Azərbaycanın ümumi ixracının 0,02 %-ni təşkil edib.