Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 149,5 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 80,8% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul yığımı başlanandan oktyabr ayının 1-nə kimi sahələrdən 45,1 min ton (25% çox) pambıq yığılıb.