Bu ilin yanvar ayında “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 11,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayına istinadən xəbər verir.
Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 milyon ABŞ dolları və yaxud 8,7 % çoxdur.
Ötən ay Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib.