Bakı. 8 may. REPORT.AZ/ "Transxəzər marşturunın iştirakçısı olan ölkələr gömrük də daxil olmaqla bütün problemləri həll etməyi üzərlərinə götürüb. Gecikmələr aradan qaldırılmalı, Çindən Avropaya yüklər 14-16 gün ərzində çatdırılmalıdır. Əsas məqsədimiz tariflərin tənzimlənməsidir".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Cavid Qurbanov deyib.
"Məqsədimiz Qazaxıstan taxılının Avropaya, Mersin limanına çatdırılması, kömürün və ayrı-ayrı metalların Azərbaycan üzərindən daşınması, bunun üçün qiymətlərin müəyyən edilməsidir", - o qeyd edib.