ABŞ-ın Azərbaycandakı səfirliyi anbar təmiri layihəsi ilə bağlı tikinti şirkətləri üçün tender elan edir

Bakı. 18 avqust. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi anbar təmiri layihəsi ilə bağlı tikinti şirkətləri üçün tender elan edir.

"Report" səfirliyin məlumatına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyən şirkətlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. Onlar həmçinin lazımi sayda işçi, avadanlıq, maliyyə vəsaiti və iş təcrübəsinə malik olmalıdırlar.

Məlumata görə, şirkətlər sentyabrın 11-dək lazımi sənədləri səfirliyə təqdim etməlidirlər. İşin görüləcəyi yerlə tanışlıq avqustun 25-dək davam edəcək.

Xəbər lenti