Bu ilin yanvarından indiyədək Rusiyanın Volqoqrad vilayətindən Azərbaycana 41 min tondan çox taxıl ixrac olunub.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ruisyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur:
“Hər partiyanın mütəxəssisləri fitosanitar nəzarəti həyata keçirib. İxrac edilən məhsullara karantin fitosanitar vəziyyəti barədə rəy alındıqdan sonra müvafiq sənədlər verilib”.