Rusiya Azərbaycandan şəkər tədarükünü kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycandan xaricə 1,88 milyon ABŞ dolları dəyərində 2 min 788,15 ton şəkər ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 24 % artıb, kəmiyyət olaraq – 9,1 % azalıb.

Azərbaycan Türkmənistana 1,64 milyon ABŞ dolları dəyərində 2 min 562,5 ton, Rusiyaya 239,38 min ABŞ dolları dəyərində 224,31 ton, İsrailə 1,7 min ABŞ dolları dəyərində 1,34 ton şəkər satıb.

2021-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Türkmənistana ixrac müvafiq olaraq 65 % və 25 % artıb, Rusiyaya – 8,2 dəfə və 5,6 dəfə artıb, İsrailə – 13,3 % artıb və 10,7 % azalıb.

Hesabat dövründə Azərbaycan 6 ölkədən ümumilikdə 130,77 min ABŞ dolları dəyərində 206,39 ton şəkər alıb. Ötən ilin yanvar ayı ilə müqayisədə tədarük müvafiq olaraq 81,5 % və 85 % azalıb. Buna səbəb əsas tədarük bazarlarından olan Ukrayna (ötənilki şəkər idxalının 22,2 %-i onun payına düşüb) və Rusiyadan (29 %) idxalın azalmasıdır. Belə ki, Ukraynadan tədarük kəmiyyət olaraq 78,6 %, Rusiyadan - 99,8 % aşağı düşüb. Əsas tədarük ölkəsi olan (45 %) Türkiyədən isə bu ilin ilk ayında cəmi 1 ton şəkər alınıb ki, bu da ötənilki yanvarla müqayisədə 90 % azdır.

Digər xəbərlər