Rusiya Azərbaycandan pomidor alışını kəskin artırıb

Azərbaycan bu ilin yanvar ayında xaricə 13,74 milyon ABŞ dolları dəyərində 11 min 471 ton pomidor satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 63,9 % artıb.

Rusiyaya 13,46 milyon ABŞ dolları dəyərində 11 min 272 ton, Belarusa 228,67 min ABŞ dolları dəyərində 162 ton, Ukraynaya 28,41 min ABŞ dolları dəyərində 17,9 ton, Polşaya 26,1 min ABŞ dolları dəyərində 18 ton, Birləşmiş Ərəb Əmirliklərinə 1,11 min ABŞ dolları dəyərində 0,86 ton məhsul göndərilib.

Ötənilki yanvarla müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 2,2 dəfə və 2,1 dəfə artıb, Belarusa – 4,6 % və 55,5 % azalıb, Ukraynaya – 35,9 % və 79,8 % azalıb, Polşaya – 67,3 % və 3 % artıb, Birləşmiş Ərəb Əmirliklərinə - 96 % və 99,2 % azalıb.

Hesabat dövründə Azərbaycana 124,63 min ABŞ dolları dəyərində 109,48 ton pomidor gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 67,6 % və 75,2 % azalıb.

Rusiyadan 112,88 min ABŞ dolları dəyərində 89,49 ton, Türkmənistandan 11,47 min ABŞ dolları dəyərində 19,77 ton və Türkiyədən 0,28 min ABŞ dolları dəyərində 0,22 ton məhsul idxal edilib.

2021-ci ilin ilk ayı ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 50,5 % və 56,8 % azalıb. Türkmənistan və Türkiyədən bir il öncə pomidor alınmayıb.

Digər xəbərlər