"Azərbaycanda ərzaq təhlükəsizliyinin daha yaxşı təmin olunması istiqamətində davamlı addımlar atılır. Aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirilir, kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri yüksəlir".
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan məsələdir: "Azərbaycan bitki mühafizəsi işinin səmərəli təşkili istiqamətində mühüm addımlar atan ölkələrdəndir. Bu sahədə beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, ətraf mühitə və insanlara zərər vermədən bitki mühafizəsinin təşkili istiqamətində fəaliyyəti davam etdiririk".
Onun sözlərinə görə, bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır: "Bu istiqamətdə də bir sıra addımlar atılıb. Bitki sağlamlığı ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bitki xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili sağlam məhsul əldə etməyin əsas şərtidir. Sağlam və bol məhsul əldə etmək həm ərzaq təhlükəsizliyimizi təmin etmək, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmaq baxımından vacibdir. Bu istiqamətdə nazirlik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə koordinasiya olunmuş birgə tədbirlər həyata keçirir".
Nazir: "Ərzaq təhlükəsizliyini daha yaxşı təmin etmək üçün addımlar atılır"
Digər xəbərlər
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb
25 noyabr, 2026 / 19:16
Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib
25 noyabr, 2026 / 14:04
Azərbaycanda fermerlər üçün dövlət dəstəyilə yeni bank məhsulu buraxılıb
24 noyabr, 2026 / 18:07
Şabranda Aqrar Biznes Festivalı keçiriləcək
24 noyabr, 2026 / 17:27
IFC: Azərbaycanda aqrar sahədə 2 milyard dollardan çox maliyyə boşluğu var
24 noyabr, 2026 / 17:19
Naxçıvanda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub
23 noyabr, 2026 / 19:36
Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib
23 noyabr, 2026 / 15:55
Azərbaycanda ödənilən subsidiyaların 85 %-i süni intellektlə monitorinq edilir
23 noyabr, 2026 / 13:58
Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib
21 noyabr, 2026 / 15:16
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
21 noyabr, 2026 / 12:32
Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
20 noyabr, 2026 / 23:21
Aqrar Sığorta Fondu İmişlidə zərər çəkmiş fermerə ödəniş edib
20 noyabr, 2026 / 21:48
Cənubi Koreya Gəncədə ağıllı istixana layihəsini dəstəkləyəcək
20 noyabr, 2026 / 19:21
Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
20 noyabr, 2026 / 18:00
Azərbaycanda aqronomlar vahid platformada birləşdiriləcək
20 noyabr, 2026 / 17:56
Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
20 noyabr, 2026 / 14:32
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını 34 % azaldıb
20 noyabr, 2026 / 14:09