Nazir müavini: "Azərbaycan və Türkiyə aqrar ticarətdə regional model yaradır"

Azərbaycan və Türkiyə arasında aqrar sahədə əməkdaşlıq ixrac yönümlü istehsal, dayanıqlı təchizat zənciri və yüksək keyfiyyət standartlarına əsaslanan regional ticarət modelinin formalaşdırılmasına yönəlib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forum çərçivəsində Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı paneldə deyib.

Onun sözlərinə görə, aqrar sahədə əsas hədəf yalnız istehsalın artırılması deyil, həm də məhsulların itkisiz şəkildə bazara çıxarılması və ixraca yönləndirilməsidir: "Bu mənada təchizat zəncirinin dayanıqlılığı, logistika və saxlama infrastrukturunun inkişafı prioritet istiqamətlər sırasındadır".

Nazir müavini qeyd edib ki, ixracın davamlı genişlənməsi üçün qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət, sertifikatlaşdırma və keyfiyyət standartlarının uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Digər xəbərlər