Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Nazirlər Kabineti 15 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na əsasən yerli Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.

Digər xəbərlər