Bu ilin yanvar ayında Naxçıvan MR-da 9,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur.
Son 1 ildə muxtar respublikada diri çəkidə ət istehsalı 6% artaraq 2 339 ton, süd istehsalı isə 1,3% artaraq 2 121 ton olub.