Məcnun Məmmədovun Tərtərdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun oktyabrın 10-da, saat 09:00-da Tərtərdə keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı oktyabrın 24-nə dəyişdirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar əlavə məlumat almaq üçün nazirliyin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər