Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 3,96 milyon ABŞ dolları olan 633,46 ton çay idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin analoji dövrünə nisbətdə məhsulun həcmində 15,06 ton və yaxud 2,4 % artım qeydə alınıb.
Hesabat dövründə qonşu ölkədən Azərbaycana 1,92 milyon ABŞ dolları dəyərində 279,72 ton çay ixrac olunub ki, bu da illik müqayisədə 14,7 % çoxdur.