2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 111 milyon 353 min ABŞ dolları dəyərində 62 min 927 ton pambıq lifi ixrac edib.
Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 31,7 % və 11,1 % azdır.
Hesabat dövründə pambıq lifi ixracından gəlir ölkənin ümumi ixrac gəlirlərinin 0,35 %-ni, qeyri-neft sektoru ixrac gəlirlərinin isə 3,7 %-ni təşkil edib.