Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 71 milyon 600 min ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında qeyd olunub.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,9 % azdır.
Sentyabr ayında Azərbaycan 13 milyon 300 min ABŞ dolları dəyərində meşə fındığı ixrac edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 33 % çoxdur.
Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 11,2 milyon ABŞ dolları məbləğində meşə fındığı ixrac edib.