Azərbaycan tərəvəz ixracını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 80 milyon 416,5 min ABŞ dolları dəyərində 71 min 466,1 ton tərəvəz məhsulları ixrac edib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə tərəvəz məhsullarının ixracının həcmi 5,8 % artıb.

İxrac olunan məhsullar arasında pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və s. üstünlük təşkil edib.

Digər xəbərlər