Azərbaycanda şəkər sahəsinə daha çox subsidiyalar ayrılmalıdır.
"Report" xəbər verir ki, bunu "Azərsun Holding"in baş direktoru Savaş Uzan Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günü çərçivəsində keçirilən "İqlimədavamlı Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın şəkər ixracı bu gün qeyri-neft-qaz ixracı arasında üçüncü yerdədir: "Birinci yerdə isə pomidor, ikinci yerdə pambıq ixracı dayanır".
O əlavə edib ki, şəkər ixracı ölkəyə valyuta gətirir: "Hesab edirəm ki, bu sahəyə daha çox subsidiyalar ayrılmalıdır, yəni gəlirliliyə və məhsuldarlığa daha çox önəm verilməlidir".