“Dağıstanın “Uniservis” ASC Azərbaycanda Rusiyadan gətirilən qida məhsullarının boşaldılması üçün logistika habı tikməyi planlaşdırır”.
Bunu “Report”a “Uniservis” ASC-nin Baş direktoru Arslan-Ali Qamzatov bildirib.
“Hazırda bu məsələ müzakirə olunur”, - Qamzatov deyib.
“Dağıstan ilə Azərbaycan arasında tarixi bağları, Azərbaycanda xeyli sayda dağıstanlının, Dağıstanda isə azərbaycanlıların yaşadığını nəzərə alaraq, qarşıdan gələn layihələrlə bağlı müsbət gözləntilərimiz var”, - baş direktor əlavə edib.
Şirkət uzun illərdir ki, ticarət, qida məhsullarının və müxtəlif avadanlıqların ixracı və s. sahələrdə Azərbaycan ilə əməkdaşlıq edir.