Bakı. 22 oktyabr. REPORT.AZ/ “Kənd TəsərrüfatıNazirliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) ilə birgə atçılıq sahəsində yeni layihənin icrasına başlaya bilər”.
Bunu "Report"a açıqlamasındanazirliyin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildirib.
Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurum dəyəri 2 mln. manat olan bu layihə ilə bağlı KOİKA-dan cavab gözləyir.
“Layihənin həyata keçirilməsində əsas məqsəd “Dilbaz” atlarının yetişdirilməsi, genetik olaraqanaliz olunması, çoxaldılması və yarışlara hazırlanmasıdır. Layihəçərçivəsində buradakı atlardan nümunələrin götürülərək Almaniyaniya göndərilməsi nəzərdətutulur. Onların “Dilbaz” atı olduğu müəyyənləşdikdən sonra selektiv işlər həyata keçiriləcək”,- o qeyd edib.