Azərbaycana xaricdən ət idxalı 7 % azalıb

Ötən il Azərbaycan 41 min 038 ton ət idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 70 milyon 560 min ABŞ dolları təşkil edib.

Bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 2 910 ton (6,6 %) və 8 milyon 130 min ABŞ dolları (10,3 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 6 %-ini təşkil edib.

Xatırladaq ki, 2020-ci illə müqayisədə 2021-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3,2 % artaraq 610 min ton təşkil edib.

Digər xəbərlər