Azərbaycana qarğıdalı idxalı 5 % azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 17 min 661 ton qarğıdalı idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğdalının dəyəri 5 milyon 265 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 954 ton ( 5,1 %), dəyər baxımından isə 170 min ABŞ dollar ( 3,1 %) azdır.

Xatırladaq ki, martın 1-nə qədər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib.

Digər xəbərlər