Azərbaycana düyü idxalı 46 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 16 min 048 ton düyü idxal edilib.

“Report” Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 13 milyon 957 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 087 ton (46,4 % ), dəyər baxımından isə 4 milyon 870 min ABŞ dollar (53,5 %) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,53 %-ini təşkil edib.

Digər xəbərlər