Azərbaycana buğda idxalı 30 %-dən çox  bahalaşıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyon 017 min ton buğda idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 287 milyon 557 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq miqdar ifadəsində 208 min 082 ton (16,9 % ) azdır, dəyər ifadəsində 25 milyon 060 min ABŞ dolları (9,5 % ) çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında 262 milyon 497 min ABŞ dolları dəyərində 1 milyon 225 min ton buğda idxal edib. Beləliklə, ötən il bir ton buğdanın idxal dəyəri 214 ABŞ dolları təşkil edib. Bu il isə Azərbaycana bir ton buğdanın idxalına görə 282 ABŞ dolları xərclənib. Başqa sözlə, Azərbaycanın idxal etdiyi buğda 31,7 % bahalaşıb.

Digər xəbərlər