Azərbaycan Türkmənistana yaşıl çay ixracını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 1,2 milyon ABŞ dolları dəyərində 152 ton yaşıl çay idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 22 % azdır.

Azərbaycan Rusiyadan 386 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 14 % azdır) 45,6 ton (-15 %), Çindən 218 min ABŞ dolları dəyərində (-40 %) 59,13 ton (-44 %), Birləşmiş Ərəb Əmirliklərindən 142 min ABŞ dolları dəyərində (+22 %) 12,4 ton (+18 %), İrandan 129 min ABŞ dolları dəyərində (+87 %) 19 ton (+90 %), Türkiyədən 123 min ABŞ dolları dəyərində (-8 %) 8 ton (+7 %) yaşıl çay alıb.

Hesabat dövründə Azərbaycan 380 min ABŞ dolları dəyərində (+10 %) 61 ton (-21 %) yaşıl çay ixrac edib.

Azərbaycan Ukraynaya 264 min ABŞ dolları dəyərində (+54 %) 45 ton (+41 %), Gürcüstana 24 min ABŞ dolları dəyərində (-20 %) 3,2 ton (-21 %), Polşaya 21,4 min ABŞ dolları dəyərində (+9 dəfə) 2,94 ton (+12 dəfə), Moldovaya 17,2 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 2,71 ton (+2,9 dəfə), Özbəkistana 10,32 min ABŞ dolları dəyərində (+51 %) 1,8 ton (+57 %) yaşıl çay satıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Türkmənistana (1,63 min ABŞ dolları dəyərində 0,27 ton) yaşıl çay tədarükünü bərpa edib.

Digər xəbərlər